İki "bacı" görüşdü: Paşinyan Makrona məlumat verdi: "Bakı ilə..."

Musavat.com xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla görüşdə Bakı ilə sülh müqaviləsinin 80%-nin razılaşdırıldığını bir daha bəyan edib.

“Ermənistan bu sənəd əsasında müqavilə imzalamağa hazırdır,” - deyə Paşinyan bildirib.

Ermənistanın Baş naziri, 16 maddədən 13-nün razılaşdırılmasının regionda sülh və sabitliyi təmin edəcəyinə əmin olduğunu vurğulayıb.

Fransa Prezidenti Makron isə Ermənistan hökumətinin atdığı addımları dəstəklədiyini qeyd edib.

Musavat.com

03.10.2024 19:41
1284