İki azyaşlını vuran müğənni ilə bağlı açıqlama: "Uşaqlar məktəbdən çıxarkən..."

“Müğənni Ziba Osmanova mayın 8-də Suraxanı rayonu ərazisində qəza zamanı xəsarət alan iki azyaşlını ziyarət edib. Vəziyyətləri şükür ki, yaxşıdır. Onların 15 və 16 yaşları var, dayıqızı, bibiqızıdırlar. Bir uşaq heç bir xəsarət almayıb, sadəcə qolları sıyrılıb, digər uşağın isə ayağı gipsdədir, sarğısının dəyişdirilməsi üçün xəstəxanaya aparılacaq”.

Bu barədə Teleqraf.com-a müğənni Ziba Osmanovanın prodüseri Fərhad İbrahimov deyib.

O, qəza anı barədə bunları deyib:

“Ziba xanımın idarə etdiyi avtomobil dayanmışdı, valideynlər dayanıb uşaqların məktəbdən çıxmasını gözləyirdilər. Qızlar da qəfil park vəziyyətində dayanan iki avtomobilin arasından keçiblər. Onlar avtomobilin sağ tərəfində yan güzgüyə dəyib yıxılıblar. Avtomobilin qarşısına çıxması, onları kənara atması halı yaşanmayıb. Ciddi hadisə baş verməyib, kamera görüntüləri də var. Qızların valideynləri sağ olsunlar şikayət etmədilər. Hazırda hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır”.

Qeyd edək ki, müğənnni Ziba Osmanova hadisəni “Changan” markalı avtomobillə törədib.

13.05.2024 16:00
1379