Şəmkirdə baş verən ağır yol qəzasının təfərrüatı məlum olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonundan keçən hissəsində 2000-ci il təvəllüdlü K. Cəfərlinin idarə etdiyi “KaMaz” markalı yük avtomobili 1986-cı il təvəllüdlü Şamo Qafarovun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində “VAZ-2106”da olan sürücü və sərnişinlərdən biri ölüb, digər sərnişin, 1978-ci il təvəllüdlü, Ağstafa rayon sakini Qorxmaz Şirinov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hazırda digər ölən şəxsin kimliyi müəyyənləşdirilir.
***
Şəmkir rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Bakı-Qazax magistral yolunun Şəmkir rayonundan keçən hissəsində avtomobil idarəetmədən çıxaraq digər nəqliyyat vasitəsinə çırpılıb.
Qəza nəticəsində iki nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib.
Onların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır. (Report)