İki ailə arasında QANLI DAVA - ÖLƏNLƏR YARALANANLAR var

Türkiyənin Sakarya vilayətində baş verən silahlı insident faciə ilə nəticələnib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, iki ailə arasında yaranan mübahisə böyüyərək atışmaya çevrilib.

Hadisə zamanı 5 nəfər həyatını itirib, daha 5 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Polis insidentlə bağlı araşdırmalara başlayıb və dörd nəfəri saxlayıb.

Musavat.com

06.04.2025 11:07
1538