II Elizabet Consonun istefasını Londonda qəbul etməyəcək

Böyük Britaniya kraliçası II Elizabet səhhətində yaranan problemlərə görə sentyabrın 6-da Baş nazir Boris Consonun istefasını Bukingem sarayında qəbul etməyəcək.

Bu barədə “The Sun” məlumat yayıb. Qeyd olunub ki, 96 yaşlı monarx vəzifəsini tərk edən hökumət başçısı ilə Şotlandiyanın Balmoral qəsrində görüşəcək. Həmin iqamətgahda Əlahəzrət yeni baş naziri qəbul edəcək, Consonun varisinə yeni hökumət qurmağı tapşıracaq.

Qeyd olunur ki, II Elizabet həyatında ilk dəfə ölkənin Baş nazirini Bukingem sarayında deyil, Balmoral qəsrində təsdiq edəcək. Qəzetin yazdığına görə, yekun qərar gələn həftə rəsmən açıqlanacaq.

26.08.2022 11:49
670