Bu gün Kiyevdə hərbçi jurnalist İdrak Camalbəyli ilə vida mərasimi keçirilib.
Musavat.com xəbər verir ki, mərasimdə müxtəlif xalqların nümayəndələri iştirak ediblər. Jurnalistin nəşinin Azərbaycana yola salınması üçün qısa müddətdə yerli icma 200 min qrivin pul toplayıb.
Azərbaycan icmasının nümayəndəsi Yalçın Qəhrəmanoğlu bildirib ki, vəsait mərasim və yola salmaq üçün tələb olunan məbləği tam ödəyib. "İdrak əsl vətənpərvər idi. Onun yoxluğu Azərbaycan icması üçün böyük itkidir" - o deyib.
İdrak Camalbəylinin nəşi Azərbaycan və Ukrayna bayraqlarına bürünərək Azərbaycana yola salınıb.
Allah rəhmət eləsin!
@@TVmusavat/82013@@