İdman meydançasında gənclərə atəş açılıb, ölənlər var

ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində basketbol meydançasında açılan atəş nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.

Musavat.com oxu.az-a istinadən bildirir ki, bu barədə ABC-nin yerli bürosu məlumat yayıb.

Bildirilib ki, kimliyi bəlli olmayan 5 nəfər basketbol meydançasında toplaşan gənclərə atəş açıb. Yaralananlardan 2-si olay yerində, digəri xəstəxanada keçinib.

Hadisəni törədənlərin axtarışına başlanıb.

14.08.2023 14:08
932