Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının xanım müavinlərindən biri vəzifəsindən ayrılıb.
Musavat.com banker.az -a istinadən xəbər verir ki, icra başçısı Orxan Mürsəlovun əmrinə əsasən Allahverdiyeva Vəfa Valeh qızı müavin vəzifəsindən azad edilib.
Dövlət qulluğunun müşaviri olan V.Allahverdiyeva müavin vəzifəsi ilə paralel İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini icra edirdi.
Allahverdiyeva Vəfa Valeh qızı 13 avqust 1978-ci ildə Gədəbəy şəhərində anadan olub.
Beləliklə, Gədəbəy RİH icra başçısının iki müavini var.