Şəki şəhər İcra Hakimiyyəti başçısının müavini Zərifə Cavadova vəfat edib.
Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, o, uzunsürən xəstəlikdən sonra bu gün 64 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Zərinə Cavadova 2006-cı ildən Şəki şəhər icra başçısının müavini və İcra başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışırdı.