İcra başçısını öldürtmək istəyən bu dövlətdir - Rauf Arifoğlu açıq yazdı

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun həyatına sui-qəsd planının ifşa olunması ölkə gündəmini dəyişdirib.

Daha öncə də xəbər verdiyimiz kimi Dövlət Təhlükəsizlik Xidməti (DTX) Lənkəranın icra başçısını öldürmək istəyən şəxsi saxlayıb.

Dövlət Təhlükəsizliyi Xidmətində  aparılmış araşdırmalar zamanı Azərbaycan Respublikasının vətəndaşı, Rusiya Federasiyasının Murmansk şəhərində yaşamış, 1988-ci il təvəllüdlü Əskərov Bəhruz Əliməmməd oğlunun digər şəxslərlə əlaqəyə girərək ölkə ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətləri etməklə müşayiət olunan terror aktı törətməyə hazırlıq görməsinə əsaslı şübhələr yaranıb.

a54506b6ba1b081e9bc9bdbda818aed5.jpg (49 KB)

Məsələ ilə bağlı “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu sosial  media hesabında bununla bağlı açıqlama yazıb. O hesab edir ki, bu planın da arxasında dayanan İrandır.

Musavat.com həmin açıqlamanı təqdim edir:

İran dayanmır! Yenə də İcra Başçısı öldürtmək istəyib!

Deputat Fazil Mustafaya sui-qəsd sifarişinin ifşa olunmasından heç bir nəticə çıxartmayıb. Gəncənin icra başçısına qarşı planlaşdırdıqlarını bu dəfə Lənkəranda etmək istəyiblər. DTX önlərini kəsməsə idi, bunu edəcəkdilər.

Burada iki məqama diqqət edin:

1. Əyləmi "Yunis Səfərovun qisasını almaq" motivi ilə planlayıblar;

2. ⁠Təşkilatçı öncədən Livanda erməni lobbisi ilə görüş planlaşdırıbmış. Bu da İran və Ermənistan kəşfiyyatlarının birgə fəaliyyətinə şübhə yaradır.

Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd edən Yunis Səfərov kimdir? İranın, konkret olaraq general Qasım Süleymaninin qurduğu "Qüds" silahlı birləşməsinin əlamanlarından biri, İran xüsusi xidmətinin agenti!

Bu iş onu göstərir ki, İran ölkəmizdə təxribat törətmək, aranı qarışdırmaq niyyətindən əl çəkməyib.

25.03.2024 12:44
3767