“İcra başçısı olanda heç kimin işinə yaramadı...” - QALMAQAL

Növbədənkənar parlament seçkilərinin keçirilməsinə sayılı günlər qalıb. Bu prosesdə iştirak edən şəxslərin namizədliyi müzakirə yaratmağa davam edir. Müxtəlif aspektlərdən aparılan müzakirələrdə bu dəfə səs-küyə səbəb məsələ deputat olmaq istəyən şəxslərin bu vəzifəyə iş yeri gözü ilə baxmasıdır. Bəzi adamlar düşünür ki, özünə iş tapa bilməyən şəxslər xalqa necə kömək edəcəklər?

Musavat.com xəbər verir ki, bununla bağlı bir sıra psixoloji məqamları “Yeni Sabah”a açıqlayan psixoloq Aytən Ələkbərova bəzi nüanslara toxunub:

“Sosial platformalarda insanlar arasında sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinin müzakirəsi aparılır. Bəziləri sıradan hər hansı bir şəxs belə olsalar, Milli Məclisin deputatı i olmağa doğru addım atırlar. Bəzən baxırıq ki, heç bir işi-gücü olmayan və özünü təqdimetmədə çətinlik çəkən insan sosial şəbəkədə bir-iki söz deyib, cümlə yazaraq, klaviatura arxasında şirə, pələngə çevrilir. Daha sonra isə azsayda insanın təsdiqini alaraq “mən bacardım” deyir, bu düşüncə ilə özgüvən əldə edib deputatlığa namizəd olur. Və yaxud bugünə qədər ictimai işlərdə bir az özünü göstərən insanlar, efirə çıxıb səs tonunu yüksəldənlər də düşünürlər ki, bir qrup insan onları dəstəkləyirsə, deputat seçilə bilərlər. Buna görə də özlərini Milli Məclisə uyğun görürlər. Bu düşüncələr şüuraltında lövbər salıb ki, məndən gözəl millət vəkili olar, xalqın sözünü deməyi mən bacarıram. Həmin fikirlər insanlarda şəxsiyyətin özünüböyütmə halına gətirib çıxarır. Beləliklə də, insan özünü yüksək vəzifələrdə görməyə layiq bilir. Unutmayaq ki, bir şizofreni danışdırarkən də o özünü Napaleon kimi təqdim edir”. dirnaq modelleri

Psixoloq bildirib ki, deputat olmaq istəyən adam özünü təqdimetmə bacarığına sahib olmalıdır:

“Təbiidir ki, sıralama olaraq, biz hər namizədliyini irəli sürən şəxsə bunları aid etmirik. Amma bir psixoloq olaraq, apardığım müşahidələr bunu deməyə əsas verir. Öz həmkarlarımın içərisində də namizədliyini irəli sürənlər var. Qəbul olunmayıblar deyə, saxtakarlıq olduğunu iddia edirlər. Ancaq gözümüzü yumub-açanda bir də görəcəyik ki, belə danışanların bəziləri deputat seçilib. Amma gözə kül üfürürlər.

Sözügedən məsələdə bir neçə psixoloji məqama toxunmaq olar. Məsələn, fərdin özünü təqdim etməsi çox vacibdir. Baxırıq ki, hansısa rayonun icra başçısı olan şəxs namizəd olmaq üçün müraciət edib. Hansı ki, dar çərçivədə tanınır, yəni sadəcə o ərazidə yaşayan, qeydiyyatda olan sakinlər onu tanıyır. Ancaq həmin sakinlərə qapısını döyüb nə üçünsə müraciət etməyə şərait yaradılmayıb. İcra başçısı olanda heç kimin işinə yaramadı, deputat seçilsə nə edəcək? Yaşını, vəzifəsindən çıxmağı qəbul edə bilməyən insan istəyir ki, millət vəkili olaraq fəaliyyətini davam etdirsin. Ancaq Milli Məclis təqaüdçülərin yeri deyil. İş istəyən gəncdən xarici dil tələb edən namizəddən soruşmaq lazımdır ki, özü hansısa dil bilirmi? Belə adamlar xalq yox, özləri üçün bu addımı atırlar. Məlahət İbrahimqızı, Ceyhun Məmmədov, Razi Nurullayev kimi şəxslər həmişə onları seçən sakinlərin yanında olub, görüşlər keçirib və problemlərini həll ediblər. Deməli, onlar əsl millət vəkilidir. Bu səbəbdən onları yenidən seçməliyik”.

15.08.2024 19:34
25223