Aparıcı Xoşqədəm Hidayətqızı Xalq artisti İlhamə Quliyeva ilə bağlı açıqlaması ilə diqqət çəkib.
Musavat.com axşam.az-a istinadən bildirir ki, aparıcı verilişində mərhum müğənni ilə münasibətlərindən danışıb. O bildirib ki, İ.Quliyeva ilə bir vaxtlar yaxın dost olublar:
"Sonradan İlhamə ilə dost olan, vaxtında yanında cəsarət edib danışmayıb, indi danışanlardan deyiləm. Amma bu gün ilk dəfə içimdə o qadına böyük nifrət hissi yarandı. 2003-cü il seçki vaxtı çox həyəcan keçirirdi, mənim evimdə qalırdı".
Qeyd edək ki, İ.Quliyevanın övladlığa götürdüyü Orxan Nadirovun doğma anası Lalə "Səni axtarıram" verilişinə gələrək övladının itkin düşdüyünü söyləyib.