“İçərişəhər” Qoruq İdarəsinin Aparat rəhbəri dəyişib

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri Riad Qasımov vəzifəsindən ayrılıb.

Musavat.com xəbər verir ki, bu barədə o, feybsukda bildirib.

“Düz 10 illik uzun və maraqlı İçərişəhər səyahətim, nəhayət ki, bu gün bitir”, - o yazıb.

Qeyd edək ki, bu vəzifəyə İntiqam Babayev gətirilib. O, Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş sektorunun müdiri vəzifəsində çalışırdı.

05.01.2023 20:04
886