İbrahim Tatlıseslə qızı arasında qalmaqal

Müğənni İbrahim Tatlısesin qalmaqal yaşadığı qızı Dilan Çıtak Tatlıses son paylaşımları ilə bağlı açıqlama verib.

Musavat.com olay-a istinadən bildirir ki, ifaçı bildirib ki, Tatlıses soyadı ona işində kömək olmur:

"Çox böyük markalar məni masadan qaldırdılar. Çünki insanlar Tatlıseslə çalışmaq isəmirlər. Türkiyənin 80 faizi İbrahim Tatlısesin övladları arasında ayrı-seçkilik etdiyini bilir. İndilik ondan maddi tələbim yoxdur. Bir bədəl ödəmişəm, əlbəttə mirasa namizdəəm. Derya Tuna ( Tatlısesin keçmiş xanımı - red.) məndən əl çəkmir. Prodüserimə zəng edib, təhdidlər səsləndirib. Atam əməliiyyat olunmadan əvvəl "Buradakı 6, 5 milyon avroluq ərazi ilə bağlı imzanı mənə ver, həll edim" deyə, sənəd imzalatmaq istəyirdi".

Tatlıses isə qızına "Onun dərdi İdo Tatlısesdir. Soyadımdan istifadə etməsin", - deyə, cavab verib.

09.08.2024 15:47
1535