İbrahim Tatlısəsdən yeganə fərqim odur ki... – Cavanşir Məmmədov

Əməkdar artist Cavanşir Məmmədov türk sənət musiqisinin “imperatoru” İbrahim Tatlısəslə bağlı açıqlaması ilə gündəmə gəlib.

Musavat.com Bizim.media-ya istinadən xəbər verir ki, 69 yaşlı sənətkar qonaq olduğu “Xəbər-ətər” verilişində türk həmkarının sənət həyatından danışıb.

C.Məmmədov bildirib ki, İ.Tatlısəslə onun arasındakı fərq başında gülləsinin olmasıdır:

“İbrahim Tatlısəs mənim və bir çox həmkarlarım kimi segah oxuya bilməz. İbrahim 85 milyonluq, mən isə 10 milyonluq millətin müğənnisiyəm. İbrahimdən fərqli cəhətim odur ki, mənim başımın gülləsi hələ vurulmayıb.

İbrahim Tatlısəsi populyar edən onun gənc yaşlarında çəkildiyi filmlər olub. O, sənətə bənnaçılıqdan (tikinti sahəsində fəaliyyət göstərən peşəkar usta – red.) gəlib.

Bəli, o böyük oxuyandır. İbrahim Tatlısəs türk yox, kürd sənət musiqisinin peşəkar müğənnisidir. İbrahim Keser İbrahim Tatlısəsin təqdim etdiyi müğənni olub. Keser Tatlısəsdən yaşca böyük olub.Tatlısəs Keseri görəndə iki qat əyilir, çünki Keser türk sənət musiqisinin banisidir. Ondan böyük sənətkar Türkiyədə yoxdur”.

25.10.2023 21:25
1632