Komediya aktyoru Özkan Çelik 2011-ci ildə İbrahim Tatlısəsin vurulması ilə bağlı etdiyi zarafata görə ölüm təhdidləri almağa başlayıb.
Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, zarafatına görə təhdid dolu mesajlar alan Çelik məhkəməyə müraciət edir.
Qeyd edək ki, o, "İbrahim Tatlısəs “Kalaşnikov”la vuruldu, ölmədi. Heç kim qatilin məyusluğundan danışmır" deyib.
Xatırladaq ki, 14 mart 2011-ci ildə İbrahim Tatlısəs köməkçisi ilə birlikdə "İbo Şou" proqramının çəkilişindən sonra İstanbulda 5 nəfərin silahlı hücumuna məruz qalıb. Başının sağ nahiyəsindən güllə yarası alan Tatlısəs uzun müddət müalicə olunub.
Musavat.com