Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Cümhuriyyət Xalq Partiyasını (CHP) ziyarət edib.
CHP-dən verilən məlumata görə, MİT sədri Kalın və rəhbərlik etdiyi nümayəndə heyəti terror təşkilatlarının fəaliyyətləri və mümkün təhdidləri ilə bağlı CHP sədri Özəl və rəhbərlik etdiyi nümayəndə heyətinə təqdimat edib.
Təqdimatlardan sonra Özəlin əlavə məlumat tələbləri Kalın və rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən cavablandırılıb.
İclas 2 saat 20 dəqiqə davam edib./Milli.Az/