İbrahim Hümbətov həbs edildi

Azerinfo.az saytının rəhbəri həbs edilib.

Musavat.com teleqraf.com-a istinadən bildirir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib.

Saytın təsisçisi İbrahim Hümbətov Cinayət Məcəlləsinin 182-ci ( hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.

Məhkəmənin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

11.12.2023 17:49
3877