Müğənni İbrahim Borçalı sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
Musavat.com xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında qızı Aysunun görüntülərini paylaşıb.
Qızının 20 yaşını təbrik edən Borçalı paylaşıma, "Dəyərli varlığım həmişə üzün gülsün", - sözlərini də əlavə edib.
Xatırladaq ki, İbrahimin iki övladı var.
Onun oğlu Rəhim 2020-ci ilin iyulunda ağır yol qəzasında vəfat edib. Türkiyədəki Aydın Adnan Menderes Universitetində “Maliyyə və iqtisadiyyat” ixtisası üzrə təhsil alan Rəhimin 21 yaşı var idi.