I rübdə Azərbaycanda tütün istehsalı 6 dəfə artıb

Bu ilin I rübündə Azərbaycanda 3 048,4 mln. ədəd papiros və siqaretlər, 1 297,8 ton fermentləşdirilmiş tütün istehsal edilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə ölkədə fermentləşdirilmiş tütünün istehsalı 6 dəfə artıb, papiros və siqaretlərin istehsalı isə 4,8% azalıb.  

 

Qeyd edək ki, Azərbaycanda yanvar-mart aylarında istehsal olunan tütün məmulatlarının ümumi dəyəri 155,6 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4,5% çoxdur.

Xatırladaq ki, bu yaxınlarda ölkədə aksiz dərəcəsi tərkibində tütün olan siqaretlərin və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1000 ədədi üçün 43,0 manatdan 46,5 manata qaldırılıb.

15.04.2022 20:28
440