Husilərin İsrailə atdığı raketin GÖRÜNTÜLƏRİ

Yəmən husiləri bir neçə gün öncə Təl-Əvivin yaxınlığına atdığı "Fələstin 2" hipersəs raketinin buraxılışını əks etdirən görüntülər paylaşıblar.

Musavat.com xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb.

Qeyd olunub ki, raketin buraxılış mənzili 2150 km-dir.

Raket iki mərhələli bərk yanacaq sistemi və gizli texnologiyaya malikdir.

Eyni zamanda raketin 16 Mach-a qədər sürəti və manevr qabiliyyəti var.

@@TVmusavat/95771@@

Musavat.com

17.09.2024 14:34
678