Husilərdən İsraildə ŞOK HƏDƏ: "Qara günlər gözləyir..."

“Ənsar Allah” hərəkatının Ali Siyasi Şurasının rəhbəri Mehdi əl-Məşat İsraili sərt bəyanatla hədələyib.

“Qisasımız sönməyəcək və sizin çirkin, xain hökumətinizin törətdikləri üçün sizi qara günlər gözləyir”, – deyə əl-Məşat bildirib.

Musavat.com xəbər verir ki, bu açıqlama İsrail aviasiyasının avqustun 28-də husilərin yüksək rütbəli nümayəndələrinin yerləşdiyi hərbi obyektə endirdiyi hava zərbəsindən sonra verilib. Zərbənin nəticələri barədə ətraflı məlumat açıqlanmayıb.

Musavat.com

 

30.08.2025 23:32
693