Husilərdən ABŞ və İsrailə XƏBƏRDARLIQ

Yəməndəki "Ənsar Allah" hərəkatının (husilər) lideri Əbdülməlik Əl-Husi bəyan edib ki, Qəzza zolağına mümkün hücum baş verəcəyi təqdirdə ABŞ və İsrailin strateji obyektlərinə zərbələr endiriləcək.

Musavat.com xəbər verir ki,onun sözlərinə görə, əgər Vaşinqton və Təl-Əviv 15 fevralda planlaşdırılan hücumu həyata keçirməyə qərar versələr, husilər dərhal hərbi qarşılıq verəcəklər.

Əl-Husi həmçinin vurğulayıb ki, fələstinlilərin məcburi köçürülməsi planı gerçəkləşərsə, hərəkat raket və pilotsuz aparatlarla intensiv hücumlara başlayacaq, həmçinin dəniz əməliyyatlarını genişləndirəcək. 

 

Musavat.com

13.02.2025 22:14
507