Husilər Qırmızı dənizdə gəmini atəşə tutdu

Yəmən husiləri Qırmızı dənizdə daha bir gəmiyə atəş açıb. 

Musavat.com xəbər verir ki, “Palatium 3” konteyner gəmisi Yəmən Husilərinin nəzarətində olan bölgələrindən atılan raketlə vurulub. Bu barədə amerikalı hərbçi “Əl-Cəzirə”yə məlumat verib.

Hadisə yerində yanğın baş verib və söndürülüb. İtkilər barədə məlumat verilmir. 

 

Musavat.com

16.12.2023 02:37
417