Husilər ABŞ-ın 32 milyonluq PUA-sını VURDU

ABŞ hakimiyyəti Yəməndə daha bir "MQ-9 Reaper" tipli pilotsuz uçuş aparatının husilər tərəfindən vurulduğunu təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Bildirilib ki, bu, martın 3-dən bəri vurulan dördüncü, ABŞ-ın hava zərbələrinə başlamasından sonra isə üçüncü belə hadisədir.

25 günlük bombardmanlara baxmayaraq, husilər ABŞ-ın pilotsuz təyyarələrini vurmağa davam edir.

Qeyd edək ki, hər bir "MQ-9 Reaper" pilotsuz aparatı təxminən 32 milyon dollar dəyərindədir. Yəməndə indiyədək ümumilikdə 18 belə dron vurulub. 

İqbal RZAYEV,
Musavat.com

10.04.2025 10:01
1260