Yəmənin üsyançı hərəkatı Ənsar Allah (husilər) Ədən körfəzində Amerika gəmisinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
APA-nın məlumatına görə, bunu Yəmən hərəkatının hərbi nümayəndəsi Yəhya Sariya deyib.
“Yəmən donanması Ədən körfəzində bir sıra gəmi əleyhinə raketlərdən istifadə edərək ABŞ gəmisinə qarşı əməliyyat həyata keçirib”, – Saria Husilərə məxsus Əl Məsirə telekanalında deyib. Hərəkatın sözçüsü iddia edir ki, “vuruş birbaşa olub”.