Rusiyanın Federal Vergi Xidməti bu ölkədə fəaliyyət göstərən azərbaycanlı bloqer Hüseyn Həsənovun avtomobillərini və mənzilini məhkəmə yolu ilə müsadirə etmək niyyətindədir.
Məlumata görə, müsadirə ödənilməmiş borca görədir.
Artıq Moskva Arbitraj Məhkəməsi Federal Vergi Xidmətinin tələbi ilə fərdi sahibkar Həsənova qarşı icraata başlayıb.
Xidmət bloqerdən Moskva şəhərindəki 124 kvadratmetrlik mənzilini, həmçinin "Rolls-Royce Cullinan" (2020) və "Chevrolet Tahoe" (2022) markalı iki avtomobili ala bilər.
Bundan əvvəl vergi orqanları H.Həsənovun dörd bankdakı hesablarını bloklayıb. Onun Federal Vergi Xidmətinə 144 milyon rubl (təxminən 2,9 milyon manat) məbləğində borcu yığılıb. (Oxu.az)