Hüseyn bahalı evini və avtomobillərini xilas etdi

Xəbər verdiyimiz kimi, Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov külli miqdarda vergi borcu olması ilə gündəmə gəlmişdi.

Axşam.az-ın məlumatına görə, 145 milyon rubl borcu olan blogerin Moskvadakı evi, bahalı avtomobilləri müsadirə edilmək təhlükəsi ilə üz-üzə qalmışdı.

Moskva Arbitraj Məhkəməsi Federal Vergi Xidmətinin (FTS) bloger Hüseyn Həsənova qarşı iddiası üzrə icraata xitam verib. Buna səbəb avqustun 16-da Həsənovun Federal Vergi Xidmətinə olan 145 milyon rubl məbləğində bütün borclarını ödəməsi olub. Bundan əvvəl vergi orqanları blogerin dörd bankdakı hesablarını bloklayıb, həmçinin məhkəmə yolu ilə onun əmlaklarını almağa çalışıb.

Bütün borclarını ödəyən Həsənov evini və lüks avtomobillərini xilas edə bilib. Borc ödənilən gün onun bank hesabları blokdan çıxarılıb. Onun vəkili kanala bildirib ki, Həsənov xarici agentləri qarşısında bütün öhdəliklərini yerinə yetirən kimi Moskvaya qayıdacaq.

Qeyd edək ki, Hüseynin vergi orqanlarına külli miqdarda borcu olması faktı ötən ayın əvvəlində bəlli olub. Daha sonra o, sosial media hesabında borcun əsas məbləğini verdiyini və tezliklə bütün cərimələri ödəyəcəyini açıqlayıb. Lakin nəşrin görə, bloger 10 milyon rubldan az (189 min 846 manat) pul ödəyə bilib və hələ də dövlətə 144,8 milyon rubl ( 3 milyon manata yaxın) borcludur.

Bundan əlavə, Hüseynin də payı olduğu "Banda Foods MMC" çatdırılma şirkəti tərəfindən 645 min rubl borcuna görə məhkəməyə verilib.

Hüseyn uzun müddətdir Rusiyanı tərk edib. O, Dubay və Azərbaycanda yaşayır.

06.09.2024 15:36
547