Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov uzun müddət sonra Rusiyaya qayıdıb.
Bloger həmin görüntülərini izləyiciləri ilə bölüşüb. O, 1 ildir Moskavaya gəlmədiyini bildirib.
“Çox darıxmışdım. Gecə səhərə qədər yatmamışam, dostlarımla geri dönüşümü qeyd etmişəm” deyə, Həsənov bildirib.
Qeyd edək ki, Hüseynin vergi orqanlarına külli miqdarda borcu olması faktı avqustun əvvəlində bəlli olub. Daha sonra o, sosial media hesabında borcun əsas məbləğini verdiyini və tezliklə bütün cərimələri ödəyəcəyini açıqlayıb. Lakin rus mediası blogerin 10 milyon rubldan az (189 min 846 manat) pul ödəyə bildiyini və hələ də dövlətə 144,8 milyon rubl ( 3 milyon manata yaxın) borclu olduğunu yazıb. Həsənovun Federal Vergi Xidmətinə olan 145 milyon rubl (təxminən 2,5 milyon manat) məbləğində borcu olduğu, ev və maşınlarına, bank hesablarına həbs qoyulduğu bildirilib. Daha sonra bütün borclarını ödəyib və Rusiyaya qayıdıb.//Axşam.az
@@TVmusavat/98296@@