Dünən gecə İranın İsrailə raket hücumu səbəbindən təxminən 10 milyon insan sığınacaqlara sığınıb.
Musavat.com "Hürriyyet"ə istinadən xəbər verir ki, hücumun hansı ziyana səbəb olduğu hələlik bəlli deyil.
Hücumdan sonra İsrailin baş naziri Binyamin Netanyahu verdiyi açıqlamada Tehranın böyük səhv etdiyini və bunun əvəzini ödəyəcəyini bildirib. İran isə bu səhər verdiyi açıqlamada Təl-Əvivə xəbərdarlıq edərək “İsrail İrana hücum etsə, bütün infrastrukturunun hədəfə alınacağı” ilə hədələyib.
ABŞ "New-York Times" qəzeti İranın İsrailə təxminən 180 ballistik raket atdığını və ən qabaqcıl silahlarından istifadə etdiyini yazıb. CNN-ə danışan hərbi ekspertlər isə İranın müxtəlif növ "Şahab-3" seriyalı ballistik raketlərdən istifadə etdiyini iddia ediblər.
Musavat.com