"Hürriyet": İsrail Suriyada vətəndaş müharibəsini alovlandırmaq və Əş-Şaranı devirmək istəyir

Türkiyənin nüfuzlu “Hürriyet” qəzeti İsrailin Yaxın Şərqdə yeni qarşıdurmalara rəvac verdiyini iddia edib.

Musavat.com xəbər verir ki, qəzetin yazdığına görə, Təl-Əviv Suriyada vətəndaş müharibəsinin yenidən alovlanmasını və keçid dövrünün prezidenti Əhməd Əş-Şaranın devrilməsini hədəfləyib.

Məqalədə qeyd olunur ki, Türkiyə kəşfiyyatı İsrailin dəstəklədiyi Əş-Şaraya qarşı sui-qəsd planının qarşısını vaxtında alıb. Plana dair təfərrüatlar açıqlanmasa da, hücumun məqsədinin Suriyada siyasi sabitliyi pozmaq və İranın dəstəklədiyi qüvvələrin zəiflədilməsi olduğu vurğulanır.

Musavat.com

 

21.07.2025 12:32
463