Keniyada hökumət əleyhinə keçirilən etiraz aksiyaları zamanı azı 30 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə "Human Rights Watch" hüquq müdafiə təşkilatı məlumat yayıb.
Daha əvvəl KİV 13 nəfərin öldüyünü, 200-dən çox insanın yaralandığını bildirmişdi.
Təşkilat, həmçinin ölkə daxilində etiraz aksiyalarına qatılaraq itkin düşənlərin sayının çoxluğuna diqqət çəkir.
Xatırladaq ki, iyunun 18-də Keniyada əlavə vergilərin tətbiqinə qarşı etirazlar başlayıb və bütün ölkəyə yayılıb.