Məşhur türkiyəli müğənni və aktrisa Hülya Avşar milyonluq reklam müqaviləsi ilə gündəmdədir.
Musavat.com xəbər verir ki, bu barədə Kaan Ölkər “Posta” qəzetində yazıb.
Onun sözlərinə görə, Avşar 7 ildir reklam siması olduğu döşək markası ilə yeni müqavilə imzalayıb.
Belə ki, türkiyəli ulduz bu markadan 1 illik reklam üçün 8 milyon TL alacaq.
Qeyd edək ki, açıqlamaları ilə adından söz etdirən aktisanın “Çox var-dövlət insanlara zərər verir. Ailənin, dolana bildiyin qədər pulun olması bəsdir, xoşbəxtlik budur” ifadəsi uzun müddət danışıldı.
Musavat.com