Hülya Avşardan qalmaqallı ailə təklifi - 5 il...

İki dəfə ailəli olub boşanan türkiyəli məşhur ulduz Hülya Avşar evliliklə bağlı diqqətçəkən açıqlamalar verib.

Onun müvəqqəti ailə modeli müzakirələrə səbəb olub.

“Bu ailələr beş illik müqavilə ilə olsa, insanlar heç olmasa həyəcanla bir-birindən soruşacaqlar ki, beş ildən sonra mənimlə yenidən evli qalmağa davam edəcəksənmi? Düşünsək, bu, bir növ icarə kimi olacaq. Bu sizi həyəcanlandırmırmı?”, - deyə Avşar qonağı professor Arif Məhsuldardan soruşub.

Qeyd edək ki, aktrisa özünün “YouTube”da yayımladığı “Bir Hülya Avşar Sohbeti” podkastında qəbul etdiyi qonaqlar və işıqlandırdığı mövzularla tez-tez gündəm yaradır. (Oxu.az)

07.04.2024 19:40
1416