Hulusi Akar AÇIQLADI: "480 terrorçu zərərsizləşdirilib"

"Bu gün 3 terrorçu olmaqla, son günlərdə 13 PKK-lı terrorçu zərərsizləşdirilib".

Musavat.com xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.

O, "Pençe-Kilit" əməliyyatı başlayandan indiyədək 480 terrorçunun zərərsizləşdirildiyini vurğulayıb.

27.11.2022 21:09
476