“Hraparak”: Qarabağ separatçıları Alen Simonyana qəzəblidir

Ermənistanda keçmiş separatçılar yenidən hərəkətə keçmək qərarına gəliblər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.

Xatırladaq ki, ötən gün Ermənistan parlamentinin spikeri Alen Simonyan bəyan etdi ki, separatçı qurumun buraxılmasından sonra “Ermənistan-Artsax” adlı qondarma parlamentlərarası komissiyanın artıq mövcud olmadığını bəyan edib. Alen Simonyana görə buraxılma qərarından sonra Qarabağ ermənilərini rəsmi şəkildə təmsil edəcək qurum ola bilməz.

Qəzetin yazdığına görə, hazırda İrəvanda məskunlaşan bir sıra separatçı Simonyana qarşı əks-bəyanat vermək qərarına gəliblər. Bunun üçün onlar quldur Samvel Babayanı və oyuncaq qurumun qondarma “parlamenti”nin “sədri” Qagik Baquntsu qabağa veriblər.

Musavat.com

11.09.2024 16:05
447