Hraparak: Paşinyan yenə Samvel Babayanı ortaya atıb

Bəzi məlumatlara görə, Paşinyan iqtidarı nəhayət, Qarabağ məsələsini bağlamaq üçün qondarma qurumun “Təhlükəsizlik Şurasının keçmiş katibi” Samvel Babayanı yenidən oyuna cəlb edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.

Qəzetin iddiasına görə bununla Paşinyan Qarabağ separatçıları arasında təfriqə salmağa çalışır. Bundan başqa qondarma qurumun İrəvandakı “təmsilçiliyinin” ləğv olunası və bununla birlikdə onların oturduğu binanın separaçtıların əlindən alınması məsələsi yaranıb.

Qəzetin verdiyi xəbərə əsasən, dünən Babayanın iyirmiyə yaxın tərəfdarı “Artsax nümayəndəliyində” (oyuncaq quruma qoyulan uydurma ad-red.) etiraz aksiyası keçirərək, Qarabağ ermənilərinin sosial problemlərinin həllini tələb ediblər. Onlar Qarabağ ermənilərinin mənzil problemlərinin həll olunması üçün nəzərdə tutulan vəsaitin artırılmasını istəyiblər. Babayanın tərəfdarları separatçıların rəhbərliyinin işğal illərində bölgədə törətdikləri talanları ictimaiyyətə açıqlamaqla hədələyib və bununla bağlı istintaq komissiyasının yaradılmasını tələb ediblər.

“Hraparak” buna görə Samvel Babayanın Paşinyan tərəfindən oyuna cəlb olunduğunu yazıb.

Musavat.com

01.10.2024 20:55
627