“Hraparak”: Baqratın hərəkatı yenidən toplanır

 

Ermənistanda revanşist “Vətən naminə” hərəkatı daxili yenidənqurmaya keçib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, təşkilatda müxtəlif strukturların və komitələrin formalaşdırılması məsələsi müzakirə olunur.

Politoloq Karen Bekaryanın rəhbərlik etdiyi yeni yaradılmış koordinasiya komitəsi yaxın vaxtlarda kiçik qrupların fəaliyyətini əlaqələndirmək üçün digər məsul şəxsləri seçəcək.

“Vətən naminə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın bu prosesə qoşulacağı gözlənilir.

Qeyd edək ki, keşiş Baqratın rəhbərlik etdiyi bu hərəkat, bir iki mitinqdən sonra uğursuzluğa düçar olub.

Musavat.com

11.07.2024 14:05
858