Hovuzda qadınları çəkib təhqir edən şəxs həbs edildi

Hovuzda qadınları çəkərək sosial şəbəkədə yayan şəxs saxlanılıb.

Musavat.com bu barədə DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir.

Həmin görüntülər sosial şəbəkələrdə yayılandan sonra polis tərəfindən dərhal araşdırma aparılıb və sözügedən videonun müəllifinin Əmrah Məhərrəmov olması müəyyən edilərək saxlanılıb.

Onun barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı ilə o, inzibati qaydada 20 sutka həbs edilib.

22.07.2022 18:36
1408