Hövsan ağbirçəkləri ailə sirlərindən danışdılar: "Gəlinim icazəsiz evdən çıxmaz" - VİDEO

Baku TV-nin "O vaxtlar" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayında Hövsan sakinləri Gülşən Zülfüqarova və Humay Nəzərova köhnə toy-nişan adət-ənənələrindən, ailədaxili münasibətlərdən söz açıblar. Gülşən Zülfüqarova qızının qayınatasının onun təhsilini davam etdirməsinə razılıq vermədiyini söyləyib:

"Qızım doqquzuncu sinfi bitirib. Qayınatası ona dedi ki, səni oxumağa qoymayacağam. Rəhmətlik qaynımın yoldaşı həmişə bizə gəlirdi, qızıma məsləhətlər verirdi. Deyirdi ki, qızım, gəlin gedəcəksən, öz evində oturub qalma. Gəlin köçdüyün yerdə bilmədiyini öyrən, döysələr də, söysələr də böyüklərə hörmət et".

O, qızları necə tərbiyə etmələrindən də danışıb:

"Gəlinim icazəsiz evdən bayıra çıxmır. Qardaşı, bacısıgilə gedəndə yoldaşına zəng edib ona xəbər verir. Anamız da evdən çıxanda bizə deyib ki, sizi döysələr də, söysələr də evin dörd küncü var. Buradan qovdu, get, o küncdə otur, oradan qovdu, gəl, bu küncdə otur. Evin sirrini qonşuya demə. Biz qızlarımıza belə tərbiyə vermişik".

Ətraflı süjetdə:

04.09.2024 03:16
601