"Hotellərdə bir stəkan çay od qiymətinə, vicdanınız var?!" - Sabiq nazirdən SƏRT açıqlamalar - VİDEO

İnsanlar hotellərin baha olması səbəbindən bu yayı doyunca istirahət edə bilmədiklərini dilə gətirirlər.

Belə ki, ötən illə müqayisədə bu il qiymətlərin bir neçə dəfə artdığı bildirilir. Eyni kateqoriyadan olan hotellər ötən il 100-150 manat arası dəyişirdisə, hazırda həmin qiymətlər 250-300, hətta 400 manat olub. Məlumdur ki, əksəriyyət quru sərhədlərin bağlı olması səbəbindən ölkədən kənarda istirahət planlarını təxirə salıb. Ölkə daxilində dincəlmək isə əlçatan deyil.

Bəs hotel qiymətlərinin ilbəil artmasının səbəbi nədir? Sabiq maliyyə naziri, professor Fikrət Yusifov "TV Müsavat"ın qonağı olub, mövzu barədə fikirlərini bölüşüb və çıxış yollarından danışıb.

Musavat.com həmin videomaterialı təqdim edir.

 

Afaq Mirayiq,
Rafət Şahbazov,
Musavar.com

19.07.2024 21:08
1497