Aparıcı Sevinc Telmanqızı TV Müsavat-ın canlı efirində hoteldə zəhərlənən 4 dostla bağlı danışıb.
Musavat.com xəbər verir ki, Sevinc Telmanqızı ilkin məlumatları və ekspertlərin söylədiyi müxtəlif versiyaları səsləndirib.
Qeyd edək ki, mövzunu Globalinfo.az-a vəkil Mehman Muradlı şərh edib. Sözügedən açıqlamanı saytın əməkdaşı Zaira Akifqızı alıb.
Xatırldaq ki, Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan 1998-ci il təvəllüdlü Kənan Mustafayev, 1993-cü il təvəllüdlü Orxan Əmirov, 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci il təvəllüdlü Xəzər Cabbarlı mayın 6-na keçən gecə istirahət məqsədilə hotelə gəliblər. Bir qədər sonra dostlar özlərini pis hiss etməyə başlayıb və vəziyyətləri ağırlaşıb.
Ətraflı videoda: