Qazaxıstanın Almatı şəhərində hosteldə yanğın baş verib.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhər fövqəladə hallar şöbəsi məlumat yayıb.
Qeyd olunub ki, yanğın barədə məlumat noyabrın 30-da saat 05:33-də daxil olub.
Yanğın şəhərin Adi Şaripov küçəsində yerləşən üçmərtəbəli yaşayış binasının zirzəmisində baş verib.
Yanğın söndürüldükdən sonra ilkin olaraq 13 nəfərin meyiti aşkarlanıb. Onların ölümünün ilkin səbəbi dəm qazından zəhərlənmə olub.
Qeyd edək ki, ölən 13 nəfərdən 4-ü əcnəbidir (2-si Rusiya və 2-si Özbəkistan vətəndaşı), qalan 9-u isə Qazaxıstan vətəndaşıdır.
Yataqxanadan daha 59 nəfər təxliyə olunub.
Musavat.com