Hörmüz boğazında GƏRGİNLİK: 50-yə yaxın tanker...

50-yə yaxın iri neft tankeri Hörmüz boğazını tərk etməyə çalışır.

Musavat.com xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Bildirilir ki, bu, ABŞ-ın zərbələrindən sonra İranın boğazı bağlaya biləcəyi ilə bağlı narahatlıqlarla bağlıdır.

Son məlumatlara görə, İran ABŞ-ın nüvə obyektlərinə hücumu ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib.

İqbal RZAYEV,
Musavat.com

22.06.2025 09:43
1382