Honq-Konqda streptokok infeksiyası yayılıb, ölənlər var

Son bir neçə həftə ərzində Çinin mərkəzində, Honq-Konqda B qrupu streptokok (Streptococcus agalactiae) infeksiyasının epidemiyası qeydə alınıb.

Musavat.com apa-ya istinadən xəbər verir ki, South China Morning Post-un məlumatına görə, ümumilikdə 27 yoluxma halı müəyyən edilib, onlardan 2-si ölümcül olub.

Məlumata görə, avqust və sentyabrın əvvəllərində yoluxmaların əhəmiyyətli artımı qeydə alınıb.

Xəstələr arasında 53 yaşdan 88 yaşa qədər 10 kişi və 17 qadın var.

16.09.2024 02:11
318