Honq-Konq metrosunda qatarlar toqquşub, yaralılar var

Honq-Konq metrosunda iki qatar toqquşub.

"Report" RTHK radiostansiyasına istinadən xəbər verir ki, hadisə nəticəsində 25 nəfər xəsarət alıb.

Radiostansiyanın məlumatına görə, toqquşma nəticəsində yaralanan 3 nəfərin vəziyyəti ağırdır.

Bütün sərnişinlər təxliyə edilib. Hadisənin səbəbləri müəyyənləşdirilir.

28.10.2023 00:06
283