Məhkəmə 45 keçmiş siyasətçi və fəalı Çinin Honqkonq rəhbərliyinə qarşı etiraz aksiyalarında oynadıqları rola görə cəzalandırıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, keçmiş Britaniya müstəmləkəsinin Çinə qaytarılması ilə bağlı razılaşma əsasında Honqkonqun muxtariyyətini qoruyub saxlanmasına çalışan müttəhimlər Çin parlamentinin 2020-ci ildə qəbul etdiyi milli təhlükəsizlik qanununu pozduqları üçün cəzalanıblar.
Sərbəst toplaşmaq, söz azadlığı və demokratiyanın digər əsaslarını müdafiə edən hərəkat liderlərinin cinayəti Honkonqun qanunvericilik məclisinə ilkin seçki keçirmələri və bu seçkilərdə iştirak etmələri olub. Səlahiyyətlilərin dediyinə görə, fəallar ilkin seçkilər keçirməklə Honqkonqun “mövcud siyasi sistemini sarsıtmaq, məhv etmək və ya sındırmaq" üçün sui-qəsd ediblər.
Müttəhimlərin çoxu dörd il idi ki, dəmir barmaqlıqlar arxasındaydılar. Onlar adətən zorakılıq əməlləri törətməyənlər kimi zaminə buraxılmayıblar. Lakin qanuna görə, məhkəmə bu faktı nəzərə almaya bilər.
Digər tərəfdən, ilkin səsvermə demokratik ölkələrdəki oxşar hadisələrdən çox az fərqlənib. İlkin seçkilərdə 600 mindən çox insan iştirak edib və hökumət əleyhinə nümayişlər zamanı məşhurlaşan namizədlərə səs veriblər. Nümayişçilər ümid edirdilər ki, ilkin seçkilər müxalifətin rəsmi seçkilərdə qanunvericilik məclisində təmsilçiliyini artırmağa kömək edəcək.
Honqkonqun bütün əhalisi 7,5 milyon nəfərdir.
Musavat.com