Hollandiyada türk məscidinə hücum edildi - FOTO

Hollandiyada türk məscidinə hücum edilib. 

Musavat.com xəbər verir ki, məscidin pəncərələri sındırılıb. 

Belə ki, cinayətkar hasardan keçərək bağçaya daxil olub, bundan sonra məscidin 10 ədəd pəncərə şüşəsini sındırıb.

Qeyd edək ki, bundan əvvəl Hollandiya Dini Fondu İsrailin Qəzza zolağına hücumları fonunda məscidləri təhlükəsizlik tədbirlərini gücləndirməyə və diqqətli olmağa çağırmışdı. 

 

Musavat.com

06.11.2023 22:50
602