Hollandiyanın baş naziri Dik Şof Ukrayna üçün artilleriya mərmilərinin alınmasına 271 milyon avro ayrılması qərarını açıqlayıb.
Musavat.com xəbər verir ki, o, bu barədə o, sosial şəbəkələrdə yazıb: “Bu yolla biz Ukraynaya 2025-ci ildə silah-sursat ehtiyatını saxlamağa və Avropa müdafiə sənayesinə istehsal arımını davam etdirməyə kömək edirik”.
Ötən həftə Hollandiyanın müdafiə naziri Ruben Brekelmans Amsterdamın Ukraynaya vəd etdiyi F-16 qırıcılarının ilk partiyasını Kiyevə çatdırdığını açıqlamışdı.
Sentyabr ayında Şof Ukraynanın enerji infrastrukturunu qorumaq və bərpa etmək üçün 200 milyon avrodan çox yardım paketi elan edib.
Musavat.com