Hollandiya Azərbaycan-Türk Mədəniyyət Dərnəyindən zəlzələ qurbanlarına yardım - VİDEO

Türkiyədəki dağıdıcı zəlzələnin qurbanlarına yardımlar davam edir.

Musavat.com Newscenter.az-a istinadən xəbər verir ki, Hollandiya Azərbaycan-Türk Mədəniyyət Dərnəyi tərəfindən zəlzələ qurbanlarına 8 ədəd konteyner ev göndərilib.

Dərnəyin sədri İlhan Aşkın bildirib ki, zəlzələ qurbanları üçün hazırlanan konteyner evlər Hollandiya Azərbaycan-Türk Mədəniyyət Dərnəyinə toplanan yardımlar hesabına ərsəyə gətirilib.

Antalya şəhərində yığılan konteyner evlərdə yaşayış üçün bütün zəruri ehtiyaclar qarşılanıb. Dərnəkdən bildirilib ki, konteyner evlər zəlzələ qurbanlarına təhvil verilmək üçün Antalyadan təbii fəlakət zonasına göndərilib.

17.05.2023 20:07
542